H.Q.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

03 iyun 2016, 19:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2016-cı il.