04 iyun 2016, 12:40

Abbas Məmmədov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycanın sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirərək, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməsi son 13 illik tariximizin əsas göstəricilərindəndir. Bu, onu təsdiq edir ki, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının bütün istiqamətlərdə inkişafına hədəflənmiş siyasət Sizin rəhbərliyiniz ilə uğurla reallaşır.

Bütün bunlar beynəlxalq ictimaiyyətin, o cümlədən nüfuzlu “The Business Year” jurnalının diqqətindən yayınmayıb. Belə ki, jurnal ötən il ərzində Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən enerji layihələrini, beynəlxalq humanitar və idman tədbirlərini, ən əsası Sizin fəaliyyətinizi dərindən təhlil edib. Hər bir məsələyə obyektiv yanaşan jurnal Sizi 2015-ci ildə “Dünyada ilin adamı” seçib. 

Möhtərəm cənab Prezident, 2015-cı ildə “Dünyada ilin adamı” mükafatına layiq görülməyiniz münasibətilə Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi sakinləri adından Sizi ürəkdən təbrik edirik.

Azərbaycanın yüksəlişi, xalqımızın firavan həyatı üçün nəzərdə tutduğunuz bütün arzu və istəklərinizin həyata keçməsi yolunda Sizə möhkəm cansağlığı, yeni-yeni qələbələr arzulayırıq. Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi sakinləri həmişə Sizinlədir, Sizin uğurlu xarici və daxili siyasətinizi dəstəkləyirlər. Allah Sizə və ailə üzvlərinizə yar olsun.

Hörmətlə,

Məmmədov Abbas

Zeynalov Kamran

Hüseynov Elnur

Ağabəyov Telman və başqaları ( cəmi 32 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu.