06 iyun 2016, 12:45

Arif İbrahimovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin daxili və xarici siyasətinizin uğurları, doğma Azərbaycanımızın iqtisadiyyatının, mədəniyyətinin, təhsilinin gündən-günə inkişafı göz önündədir. Bu, fədakar əməyinizin nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyev irsinin Sizin tərəfinizdən uğurla davam etdirilməsini bəyənir və hər zaman Sizi dəstəkləyir. Sizin rəhbərliyiniz ilə Azərbaycan Cənubi Qafqazda iqtisadi və hərbi cəhətdən ən güclü dövlətə çevrilmiş, dünya ölkələri arasında mövqeyini xeyli möhkəmləndirmişdir.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə,     

Arif İbrahimov

Azərbaycan Respublikası, Masallı rayonu, Sığıncaq kəndi