Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsidən

06 iyun 2016, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri  cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına əbədi tərəqqi və rifah arzulayıram.

Mən ikitərəfli əlaqələrimizi gücləndirmək və dost ölkələrimizin qarşılıqlı mənafeyi naminə bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün Zati-alinizlə sıx çalışmaq əzmindəyəm.

Zati-aliləri, bir daha Sizə möhkəm cansağlığı və uğurlar diləyirəm.

Hörmətlə,

Beji Kaid əs-Sebsi

Tunis Respublikasının Prezidenti