Gerb

07 iyun 2016, 15:00

Hörmətli cənab Prezident.

“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi Salyan rayon Kürsəngi kənd sakinləri adından təbrik edir, gündən-günə gözəlləşən, yeniləşən müasir Azərbaycan naminə apardığınız daxili və xarici siyasətdə Sizə uğurlar arzulayırıq.

İnanırıq ki, Sizin qüdrətiniz, müdrik siyasətiniz nəticəsində əbədi və əzəli torpağımız Dağlıq Qarabağ işğaldan azad olunacaq və bütün Azərbaycan xalqı qələbə bayramını Sizinlə birlikdə qeyd edəcəkdir.

Hörmətlə,

Hüseynov İslam Tərlan oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi.