07 iyun 2016, 15:15

Siracəddin Həmidovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünya müstəvisində cərəyan edən və ağır nəticələr verən siyasi,  iqtisadi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, ölkəmizdə siyasi, iqtisadi və sosial sahələrdə sabitliyin qorunub saxlanması, ümumdünya iqtisadi böhranın respublikamıza mənfi təsirinin azaldılması Sizin rəhbərliyinizlə aparılan düzgün siyasətin nəticəsidir.

Biz sahibkarlar biznes mühitinin yaxşılaşdırılmasını, bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasını, nəticədə sahibkarlığın inkişafı üçün yaradılan sağlam şəraiti daha yaxından hiss edirik. Buna görə “RUMİ” MMC-nin bütün əməkdaşları adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bu günlərdə lisenziya almaq üçün etdiyimiz müraciətə qısa müddətdə, heç bir maneə yaradılmadan, şəffaf şəraitdə baxıldı və qısa zamanda bizə müddətsiz icazə verildi.

Bununla biz Sizin tapşırıqlarınıza uyğun olaraq, mərkəzi icra orqanlarının xalqa göstərdikləri diqqət və qayğının əyani şahidi olduq. İndi bizim fəaliyyətimiz üçün lazımi şərait yaradılıb, onlarla insan iş yeri ilə təmin olunub.

Möhtərəm cənab Prezident, bütün kollektivimiz adından Sizə bir daha minnətdarlıq edir, xalqımızın rifahı naminə mürəkkəb və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük ehtiramla,

Həmidov Siracəddin Baba oğlu, “RUMİ” MMC-nin təsisçisi.

Azərbaycan Respublikası, Bakı şəhəri.