Gerb

09 iyun 2016, 13:30

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

“Dünyada ilin adamı” seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyiniz ilə müstəqil Azərbaycan dövləti yeni-yeni uğurlara imza atır. İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə ürəkaçan mənzərə müşahidə olunur.

Ölkəmizin dünyada tanınmasında, lider dövlətlərlə bir cərgədə dayanmasında, söz və nüfuz sahibinə çevrilməsində xidmətləriniz danılmazdır. İşsizlik probleminin həlli, ordunun gücləndirilməsi apardığınız uğurlu siyasətin nəticəsidir. Yorulmaz və davamlı fəaliyyətiniz sayəsində ölkəmiz idman, səhiyyə, təhsil, iqtisadiyyat kimi vacib sahələrdə yüksək templə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünya dövlətləri arasında ön sıralardadır.

Hörmətli cənab Prezident, Sizi bir daha təbrik edir, çətin və şərəfli işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov Əfsər Əzizulla oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.