09 iyun 2016, 14:30

Əflan Aslanovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Meliorasiya və su təsərrüfatı vacib bir sahə kimi daim Sizin diqqət mərkəzinizdədir. Regionlara səfəriniz zamanı tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərində olmağınız, inşaat işlərinin gedişi ilə yaxından maraqlanmağınız bizi işimizə daha məsuliyyətlə yanaşmağa ruhlandırır.

Melioratorlara bəxş etdiyiniz ən böyük töhfələrdən biri də 2007-ci ildə su təsərrüfatı  və meliorasiya işçilərinin peşə bayramı gününü təsis etməyiniz olub. Biz hər il iyunun 5-ni əlamətdar gün kimi qeyd edirik.

Hörmətli cənab Prezident, Sizə söz veririk ki, qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün qarşıya qoyduğunuz vəzifə və tapşırıqların yerinə yetirilməsi naminə əlimizdən gələni əsirgəməyəcək, hər zaman var qüvvəmizlə çalışacağıq.

Hörmətlə,

Aslanov Əflan Aslan oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaratəpə kəndi.