Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab III Beniqno Akinoya
Text size
11 iyun 2016, 17:00
Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 iyun 2016-cı il.