11 iyun 2016, 15:00

H.R.Şəfiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz ilə həyata keçirilən güclü sosial-iqtisadi siyasət Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Beynəlxalq aləmə inteqrasiya, daxili sabitlik, uğurlu xarici siyasət Sizin idarəçiliyinizi səciyyələndirən cəhətlərdəndir. Xalqımızın maddi rifah halı durmadan yaxşılaşır, sosial sahədə böyük nailiyyətlər qazanılır. Ölkəmizin hər bir guşəsi, hər bir yaşayış məntəqəsi inkişaf edir. Bir sözlə, Azərbaycan xalqının xoş güzəranı üçün illərdən bəri apardığınız siyasət öz bəhrəsini verir.

Möhtərəm Prezident, sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlı son vaxtlar imzaladığınız fərman və sərəncamlar daha məsuliyyətlə və məhsuldar işləməyə olan marağımızı artırır. Müxtəlif təyinatlı sahibkarlıq işlərinin görülməsi üçün lisenziyanın   alınması prosedurunu sadələşdirərək “ASAN xidmət” vasitəsilə verilməsini təmin etməyiniz sahibkarlara yeni nəfəs verib.

Cənab Prezident, bütün bunlara görə “Komez” MMC-nin kollektivi adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, xalqımızın gələcəyi naminə faəliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Şəfiyev H.R.

Azərbaycan Respublikası, Bakı şəhəri.