İlham Əliyevin və Kansler Angela Merkelin mətbuat üçün bəyanatları

07 iyun 2016, 23:15

Almaniya Kansleri Angela Merkelin bəyanatı

-Xanımlar və cənablar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Almaniyada bir daha salamlamaqdan məmnunluq hissi keçirirəm. Xoş gəlmisiniz.

Biz beynəlxalq sammitlərdə kifayət qədər tez-tez görüşürük. Bir qədər bundan əvvəl biz ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəldik və hazırda gündəlikdə duran məsələləri müzakirə etdik. Beləliklə, mən Prezident Əliyevi burada salamlamaqdan çox məmnunam.

Biz Azərbaycandakı iqtisadi vəziyyəti müzakirə etdik. Neft və qazın qiymətinin ucuzlaşmasını nəzərə alaraq vəziyyət bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə bir az gərgindir. Lakin bu, iqtisadi islahatlara başlamaq üçün münbit bir şərait yaratdı. Hesab edirəm ki, bu, Azərbaycana öz iqtisadi bazasını şaxələndirmək imkanı verəcək.

Prezident bu gün Almaniyanın iqtisadiyyat naziri, alman biznes icmasının nümayəndələri ilə görüşdü. Almaniya öz imkanları daxilində ölkənizin iqtisadi bazasının şaxələndirilməsində iştirak etməyə hazırdır.

Biz, həmçinin Azərbaycandakı sosial vəziyyəti müzakirə etdik. Mən ümidvar olduğumu bildirdim ki, alman siyasi fondları Azərbaycanda fəaliyyətə başlaya biləcək. Biz belə bir addımı alqışlayardıq və bu məsələ üzərində işləməyə davam edəcəyik. Bu, cəmiyyətdə şəffaflığa, mətbuat azadlığına nail olmaq və əlbəttə ki, insan hüquqlarına hörmət istiqamətində atılan addımlardır. Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq.

Bundan başqa, biz Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdik. Aprel ayının əvvəlində atəşkəs rejimi kəskin şəkildə pozulmuşdu. Hazırda isə ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həll edilməsinə öz töhfəsini vermək istəyir. Buna nail olmaq üçün nəinki atəşkəs rejiminə əməl etmək lazımdir, eyni zamanda, siyasi proses irəliləyərək davam etdirilməlidir. Minsk qrupu fəaliyyət göstərir. Biz hesab edirik ki, Minsk qrupu təkcə həmsədrlər formatında görüşməməlidir. Eyni zamanda, bura başqaları da daxil olmalıdır, məsələn, Almaniya. Biz istərdik ki, bu qrup razılaşdırılmış prinsiplər əsasında fəaliyyət göstərsin. Biz bu siyasi prosesə necə dəstək olmaq barədə müzakirələr apardıq. Əlbəttə ki, münaqişənin bütün tərəfləri danışıqlar masasına əyləşməlidirlər və münaqişənin həllinə nail olmalıdırlar. Birtərəfli həll olmamalıdır. Düşünürəm ki, hazırkı vəziyyətin ürəkaçan olmamasına hər ikimiz də razılaşardıq, çünki münaqişə istənilən zaman kəskinləşə bilər. Biz Azərbaycanın yerləşdiyi regionda münaqişələr barədə danışdıq. Aydındır ki, İranda cərəyan edən hadisələri, nüvə sazişinin bağlana bilməsi faktını, İranla münasibətlərin, o cümlədən Avropa İttifaqı ilə münasibətlərin daha da intensivləşdirilməsini hər ikimiz müsbət hal kimi qiymətləndiririk. Əlbəttə ki, bir qonşu ölkə kimi bunun Azərbaycana da müsbət təsiri olacaq. Ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Rusiya mühüm rol oynayacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün əlaqələrimizdən maksimum şəkildə istifadə etməliyik.

Bu gün bizimlə görüşdüyünüz üçün Sizə təşəkkürümü bildirirəm. Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqə saxlamaq, bütün sosial aspektləri, o cümlədən iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var. Bir daha xoş gəlmisiniz, cənab Prezident!

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Xanım Kansler, çox sağ olun. Hər şeydən əvvəl məni bir daha Almaniyaya səfərə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Mən burada keçən il olmuşdum, indi də səfər edirəm. Bu isə aramızda çox fəal siyasi dialoqun mövcud olduğunu göstərir.

Bu gün xanım Kanslerlə görüş bizə bir daha ikitərəfli gündəliyimizə daxil olan vacib məsələlər, habelə regional məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı verdi. Xanım Kanslerin qeyd etdiyi kimi, biz qarşılıqlı marağa və əhəmiyyətə malik olan bir çox sahələri müzakirə etdik. Əminəm ki, Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi. Biz bu münaqişənin beynəlxalq hüquq normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyirik. Bu dörd qətnamə iyirmi ildən çoxdur ki, qəbul edilib və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir və onların icrası üçün heç bir mexanizm yoxdur. Təəssüflər olsun ki, beynəlxalq hüququ kobud şəkildə pozduğuna, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisinin iyirmi faizini işğal etdiyinə görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib. Biz münaqişənin sülh yolu ilə, tez bir zamanda, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həllini istəyirik. Regionda, təmas xəttində baş verən son hadisələr onu göstərdi ki, atəşkəs rejimi sabit deyil və tez-tez pozulur, mövcud status-kvo qəbuledilməzdir. Aprel ayının əvvəlində Ermənistan Azərbaycana qarşı bir daha hərbi təxribat törətdi. Biz özümüzü, vətəndaşlarımızı müdafiə etmək məcburiyyətində olduq. Yeri gəlmişkən, Ermənistanın təcavüzü nəticəsində altı mülki şəxs qətlə yetirilib, 100 ev tamamilə məhv edilib və 500 evə ziyan dəyib. Status-kvo dəyişməlidir. Minsk qrupunun həmsədrləri, həmsədr ölkələrin prezidentləri bir neçə dəfə bunu qeyd ediblər. ATƏT-ə sədrlik edən ölkə - Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad olunmasına başlanılması deməkdir. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Bu ilin may ayında Vyanada üç həmsədr ölkənin xarici işlər nazirlərinin təşkilatçılığı ilə görüş baş tutdu və biz müxtəlif istiqamətlər üzərində çalışacağımıza razılaşdıq. Hər şeydən əvvəl biz əsaslı danışıqlara başlayacağıq, atəşkəs rejimini gücləndirəcəyik və atəşkəs rejiminin gücləndirilməsi üçün əlavə imkanlar yaradacağıq. Lakin bu proses əlbəttə ki, paralel şəkildə aparılmalıdır.

Biz, həmçinin regional təhlükəsizliyə və əməkdaşlığa aid məsələləri və əlbəttə, aramızda olan iqtisadi əməkdaşlığı da müzakirə etdik. Bu gün səhər mən aparıcı alman şirkətlərinin qatıldığı Azərbaycan-Almaniya İqtisadi Forumunda iştirak etdim və birgə biznesin aparılmasında böyük qarşılıqlı marağın olduğunu gördüm. Almaniya nümayəndəsi tərəfindən qeyd edildiyi kimi, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Əminik ki, bu göstərici daha da artacaq. Həyata keçirdiyimiz islahatlar siyasəti sayəsində şirkətlərimiz üçün birgə biznes aparmaq imkanları daha da çox olacaq.

Əlbəttə ki, bu gün enerji təhlükəsizliyi məsələsi geniş şəkildə müzakirə olundu. Azərbaycan hazırda yeddi ölkəni əhatə edən “Cənub Qaz Dəhlizi” adlanan irimiqyaslı enerji layihəsinin icrasında öz rolunu oynayır. Bu ölkələrin üçü Avropa İttifaqına üzv olan dövlətlərdir. Avropa İttifaqı bizim təşəbbüsləri ciddi şəkildə dəstəkləyir. “Cənub Qaz Dəhlizi” bizlər - istehsalçılar və istehlakçılar üçün enerji şaxələndirilməsi layihəsidir. Çünki onların Azərbaycandan gələn, müasir nəqliyyat infrastrukturu vasitəsilə çatdırılan yeni alternativ qaz mənbəyinə çıxışı olacaq. Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq olmaz. Enerji təchizatından asılı olan ölkələrə əlbəttə ki, şaxələndirilmiş mənbə və marşrutlar lazımdır. Bu baxımdan Azərbaycan yeni ölkədir və dost olaraq biz layihəni vaxtında icra etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. “Cənub Qaz Dəhlizi” layihəsi 2020-ci ilədək tamamlanmalıdır. Bu layihənin dəyəri 45 milyard dollar təşkil edir.

Əməkdaşlığın digər sahələri də böyük əhəmiyyət daşıyır. Mən xanım Kanslerə mövcud infrastrukturumuzdan istifadə edərək ölkəmizin ərazisindən Asiya və Avropa arasında etibarlı əlaqəni yaratmaq üçün Azərbaycanın icra etdiyi nəqliyyat layihələri barədə də məlumat verdim. Beləliklə, Asiyadan Avropaya ən qısa yol Azərbaycandan keçən yol olacaq və bu yol bu ilin sonuna istismara veriləcək.

Biz, həmçinin Azərbaycanda siyasi sahədə inkişaf edən prosesləri də müzakirə etdik. Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir. Bu məsələləri həll etmək üçün son zamanlarda bir çox addımlar atılıb və bu gün Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub - sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, ifadə azadlığı. Bizdə azad internet var, əhalimizin 75 faizi internet istifadəçisidir, din azadlığı var. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunub və Azərbaycan müxtəlif konfessiyaları təmsil edən insanların sülh, harmoniya və ləyaqət içərisində yaşadığının yaxşı nümunəsidir.

Xanım Kansler, göstərdiyiniz qonaqpərvərliyə, bu məsələləri Sizinlə müzakirə etməyə imkan yaratdığınıza görə bir daha minnətdarlığımı ifadə etmək istəyirəm. Mən ümid edirəm ki, bizim ikitərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam edəcək. Təşəkkür edirəm.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51