13 iyun 2016, 16:20

Namiq Bağışovdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yenicə müstəqilliyinə qədəm qoymuş ölkəmiz o dövrdəki səriştəsiz rəhbərlik ucbatından iqtisadi, sənaye, hərbi, o cümlədən siyasi tənəzzülə doğru yönəlmişdi. Şəhid ailəsinin üzvü və ön cəbhədə ərazi bütövlüyümüz uğrunda amansız döyüşçülərin iştirakçısı kimi deyə bilərəm ki, xarici hakim dairələrdə olduğu kimi, daxildə də hakimiyyət və sərvət hərisi olanlar xalqımızın haqq səsini qulaq ardına vurmaqla özlərinin mənfur siyasətini yürüdürlər, çirkin siyasi maraqları ilə qədim adət-ənənəyə malik mərd və qürurlu xalqımızı, vahid tarixi torpaqlarımızı və ərazilərimizi bölgələrə bölmək təhlükəsi qarşısında qoymuşdular. Məhz belə hadisələrin fonunda bir çox maneələr, təhlükələr olsa da, xalqın tələbi və təkidi ilə ölkəmiz üçün ağır və çətin anlarda vətəndaşlarımızı parlaq gələcəyə doğru inamla aparan ulu öndər Heydər Əliyev şəxsiyyəti bu məsuliyyətin nə qədər çətin və şərəfli olduğunu dərk edərək xalqın etimadını doğrultmaq üçün önə keçdi. İstər ön cəbhədəki hadisələrin, istərsə də arxa cəbhədəki vətəndaş qarşıdurmasının ən dözülməz bir anında Ulu Yaradan Heydər Əliyevi bizə xilaskar kimi göndərdi.

Bu gün xalqımız 15 İyun – Milli Qurtuluş Gününü bayram edir. Yaxın keçmişə nəzər salsaq, həqiqətən bugünkü firavan, xoşbəxt yaşayışımızın qurbanlar bahasına, heç də asan ərsəyə gəlmədiyinin şahidi olarıq. Yaşasın müstəqil Azərbaycan dövləti və Prezidentimiz İlham Əliyev!

Hörmətlə,

Bağışov Namiq Sədaqət oğlu.

Azərbaycan Respublikası, Lerik rayonu.