13 iyun 2016, 19:45

Faruk Alyerdən, İzmir, Türkiyə

Hörmətli cənab Prezident. 

1999-cu ildə mən atamla birlikdə gəzmək üçün Azərbaycana gəlmişdim. O vaxtdan bəri ölkənizin çox sürətlə inkişaf etdiyini görür, kütləvi informasiya vasitələrindən izləyirəm. Hazırda Sizin rəhbərliyiniz ilə Azərbaycanın qazandığı yüksək nailiyyətlər bütün dünyanı heyran qoyur. Bu nailiyyətləri, gözəl Azərbaycanı daha yaxından görmək üçün ailəliklə ölkənizə gəlmək arzusundayıq. 
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə görüşlərinizə baxdıqca qürur hissi duyuram. Mən onu da Sizin kimi çox sevir, Prezidentimizə davamlı olaraq müxtəlif mövzularda məktublar yazıram. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkənizə yeni-yeni uğurlar arzulayıram. 
Hörmətlə, 

Alyer Faruk. 
Türkiyə Respublikası, İzmir şəhəri.