Gerb

20 iyun 2016, 11:50

Hörmətli cənab Prezident,

Apardığınız düşünülmüş və uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan bu gün regionda lider dövlətə, beynəlxalq aləmdə söz sahibinə çevrilib. Xüsusilə də beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsi bunu bir daha sübut edir.

Pirallahı rayonunda əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər də ümumi işlərin tərkib hissəsidir. Uzun illər sakinləri narahat edən problemlərin həlli - yol infrastrukturunun yenilənməsi, Pirallahı adası ilə Abşeron yarımadasını birləşdirən körpünün tikintisi, minlərlə ağac və gül kollarının əkilməsi, yolkənarı yaşıllıqlara mütəmadi qulluq göstərilməsi, su və kanalizasiya sisteminin yenidən qurulması bu işlərə ən yaxşı misaldır.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, xalqımızın gələcəyi naminə gördüyünüz şərəfli işlərdə yeni nailiyyətlər arzulayıram. Biz rayon sakinləri Sizə inanırıq. Xalqımızın rifahı və ölkəmizin gələcəyi üçün atdığınız hər addımda həmişə yanınızdayıq.

Hörmətlə,

Oktay İsmayılov

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu