20 iyun 2016, 12:35

Xatirə Kərimovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda Sumqayıtda, o cümlədən bulvarda aparılan abadlıq-quruculuq işləri hər bir şəhər sakinini ürəkdən sevindirir. Uşaqlar səbirsizliklə bulvarın açılmasını gözləyirlər. Bundan başqa, yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi şəhər sakinlərinin ürəyincə oldu.

Möhtərəm Prezident, şəhərimizə və onun sakinlərinə göstərdiyiniz davamlı diqqətə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Kərimova Xatirə İmadəddin oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.