21 iyun 2016, 18:00

Emin Qədimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm şəkildə təşkil olunmasına görə şəxsən öz adımdan və ailəm adından Sizə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan qədim tarixi, zəngin mədəni irsi, böyük idman ənənələri və nailiyyətləri olan ölkədir. Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri ilə bir araya gəlmək cəhdləri yüksək qiymətləndirilir.

Müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışlarda qazanılan uğurlar, “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili gənc nəsli idmana və sağlam həyat tərzinə, Azərbaycan atletlərini yeni rekordlar qazanmağa ruhlandırır.

Möhtərəm Prezident, biz gənclər sıx birləşərək dövlətimizin inkişafında, yeni uğurlar qazanılmasında daim Sizin yanınızda və xidmətinizdəyik.

Bu xoş fürsətdən istifadə edərək, bir daha Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına davamlı sülh, xoşbəxtlik və tərəqqi arzu edirəm.

Ən xoş arzularla,

Qədimov Emin Dilsuz oğlu. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi.