Ceyran Həşimovadan, Bakı, Azərbaycan
22 iyun 2016, 16:00
Hörmətli cənab Prezident.
Hazırda Azərbaycanımız bütün dünyanın nəzər nöqtəsinə çevrilib. Xalqımız öz mənəvi dəyərlərinə əsaslanan yüksək mədəniyyəti və qonaqpərvərliyi ilə hər yerdə tanınır. Mötəbər tədbirlərin və idman yarışlarının keçirilməsinin ölkəmizə həvalə olunması bütün dünyada xalqımıza və Azərbaycan dövlətinə olan inamın bariz nümunəsidir.
Formula-1 yarışlarının ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycandakı inkişaf tempini göstərdi və bütün dünyaya sübut etdi ki, respublikamız qədim tarixə malik müasir bir ölkədir.
Cənab Prezident, Azərbaycanın bu səviyyəyə çatmasında göstərdiyiniz xidmətlərinizə görə Sizə minnətdarlığımı bildirir, gələcək işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Həşimova Ceyran Telman qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.