Gerb

23 iyun 2016, 16:05

Hörmətli cənab Prezident.

Ölkəmizdə ilk dəfə təşkil olunan mötəbər  Formula-1 yarışlarının böyük müvəffəqiyyətlə keçirilməsini dövlətimizin növbəti uğuru adlandırmaq olar. Yarışlara canlı şahidlik etməyə gələn azarkeşlər Bakının keçmişi və qədim ənənələri ilə gözəl vəhdət yaradan müasir ab-havasını duydu, göz oxşayan nadir turizm məkanı olduğunu gördülər. Bütün bunlarla yanaşı, təbii ki, ölkəmizə gələn turistlərə yüksək səviyyədə ev sahibliyi nümunəsi təqdim olundu, yarış müddəti ərzində əsl bayram əhval-ruhiyyəsi bəxş edildi. Əminəm ilk Qran-pridən sonra həmvətənlərimiz arasında idmanın bu növünə azarkeşlik edənlərin sayı artacaqdır.

Cənab Prezident, bütün bunlar Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edir və Sizə dərin minnətdarlığımı bildirirəm. Belə uğurların davamlı olmasını arzulayıram.

Hörmətlə,

Heybətova Aynur Rauf qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.