24 iyun 2016, 15:15

Rasim Abdullayevdən, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

Apreldəki dörd günlük müharibədə Azərbaycan xalqı öz igid oğullarının şücaətinin bir daha şahidi oldu. Bir neçə yüksəklik və kəndlər igid oğullarımızın hünəri nəticəsində ermənilərdən azad edildi. O igid oğullarımızdan biri də mənim övladım - 1994-cü ildə Zərdab rayonu Böyük Dəkkə kəndində anadan olan və Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir Nurlan Abdullayevdir. 

Cənab Ali Baş Komandan, fəxr edirəm ki, oğlum Vətən qarşısında borcunu yerinə yetirərək, torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Vətən sağ olsun! Sizin, xalqımızın başı sağ olsun! Sağ qalanlara möhkəm cansağlığı arzulayıram. Gün o gün olsun ki, üçrəngli bayrağımızı Qarabağda sancaq. Şəhid analarına səbir diləyərək bildirmək istəyirəm ki, yaşımızdan asılı olmayaraq, biz Zərdablılar torpaqlarımızın azadlığı uğrunda döyüşməyə, bu yolda şəhidlik zirvəsinə ucalmağa hazırıq.

Hörmətlə,

Abdullayev Rasim Tapdıq oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Zərdab rayonu.