Gerb

07 iyun 2010, 15:40
W1siziisijiwmtuvmdyvmtuvnxflyjj2ymnla18ynzyuanbnil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=9ae000c2d0bf88a8

İstanbulda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olundu. İki ölkə arasında təbii qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirildi və bu sənədlərin əhəmiyyəti vurğulandı. Azərbaycan ilə Türkyə arasında energetika sahəsində və bütün digər sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə etdi, bu hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığını çatdırdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.