Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmiddən

28 iyun 2016, 18:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Mən dost ölkələrimizin gələcəkdə də xalqlarımızın rifahı naminə bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığına inanıram.

Sizə cansağlığı, uğurlar və xoşbəxtlik, dost Azərbaycan xalqının davamlı rifahı, əmin-amanlığı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

 

Md. Əbdül Həmid

Banqladeş Xalq Respublikasının Prezidenti