29 iyun 2016, 16:50

Şöhrət Salahovdan, İmişli, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasəti dəstəkləyirik. Bu siyasətin uğurlarını İmişli rayonunun simasında da görmək çətin deyildir.

Həyata keçirilən quruculuq işləri rayonumuza yeni görkəm verib. Yaşadığımız Qızılkənd kəndi də bu işlərdən kənarda qalmayıb. Belə ki, kəndimizin mərkəzi yolu asfaltlanıb, burada modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, işıq sistemi isə yenidən qurulmaqdadır. Tezliklə kəndimizdə yeni məktəb binasının tikiləcəyi və qaz çəkilişinin həyata keçiriləcəyi xəbəri bizi çox sevindirir.

Möhtərəm Prezident, rayonumuza göstərdiyiniz qayğınıza görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və işlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Salahov Şöhrət Xanlar oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu, Qızılkənd kəndi.