30 iyun 2016, 17:45

Məryəm Səlimzyanovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə respublikamız sürətlə inkişaf edən ölkəyə çevrilib. Respublikanın hər bir bölgəsində olduğu kimi, Pirallahıda da həyata keçirilən işlər rayonunun ümumi görkəmini dəyişib, sakinlərə yeni nəfəs verib.

Rayonumuzda yolların asfaltlanması, yaşayış binalarının əsaslı təmiri, onların dam örtüklərinin dəyişdirilməsi, abad məhəllələrin yaradılması, insanların asudə vaxtlarının səmərəli təşkili üçün parkların, yaşıllıqların salınması həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Hörmətli cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Səlimzyanova Məryəm.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.