Gerb

01 iyul 2016, 15:00

Hörmətli cənab Prezident,

Biz – Qazax rayonunda yaşayan bir qrup şəhid ailəsi respublikamızda həyata keçirilən tikinti və abadlıq işlərinə görə Sizi alqışlayır və gələcək işlərinizdə Sizə uğurlar diləyirik.

Bununla yanaşı, Vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulmasından və şəhid ailələrinə böyük qayğı göstərilməsindən razılığımızı bildirmək istəyirik. Hazırda rayonumuzdakı Şəhidlər xiyabanında görülən abadlıq işlərini də şəhid ruhuna ehtiramın göstəricisi kimi dəyərləndiririk. Bu, biz şəhid ailələri üçün sevindirici haldır.

Əziz Prezidentimiz, şəhid ailələri adından bir daha Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Musayev Hüseyn Alı oğlu,

Sadiqi Aygün Fərman qızı,

Mustafayev Kifayət Mircəfər qızı,

Məmmədov Raqiyə Bayram qızı və başqaları - cəmi 20 nəfər.

Azərbaycan Respublikası, Qazax rayonu