Sevil Mehdiyevadan, Balakən, Azərbaycan
05 iyul 2016, 19:00
Hörmətli cənab Prezident.
Dağlar qoynunda yerləşən füsunkar təbiətə malik Balakənimizə hər gəlişiniz bizim üçün ən gözəl gün, yaddaşlardan silinməyən əziz xatirədir.
Bu gün biz həkimlərin müasir xəstəxanada fəaliyyət göstərməsi, hər addımda nəzərəçarpan quruculuq işləri, xalqımızın firavan yaşayışı Sizin böyük zəhmətinizin nəticəsidir.
Azərbaycan qarşılaşdığı çətinliklərdən ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin sayənizdə hər zaman uğurla çıxıb. Sizin gördüyünüz işlər nəinki doğma Azərbaycanımızda, onun hüdudlarından uzaqlarda da dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Elə bu yaxınlarda “Dünyada ilin adamı” seçilməyiniz dediklərimi bir daha sübut edir.
Əziz Prezidentimiz, biz balakənlilər həmişə Sizi dəstəkləmişik və hər bir işdə Sizinlə həmrəyik. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.
Sizə ürək sözlərimi şeirlə tamamlamaq istəyirəm:
Yumruq olaq ayrılmayaq, dağılmayaq birləşək biz,
İlham kimi çox humanist Prezidentin ətrafında.
Odlar Yurdu, sənsən bizim bir tək böyük Vətənimiz,
Dalğalansın sülh bayrağı Azərbaycan torpağında.
Hörmətlə,
Mehdiyeva Sevil.
Azərbaycan Respublikası, Balakən rayonu.