06 iyul 2016, 15:00

Bayram Hacıyevdən, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin apardığınız uğurlu siyasəti biz daim dəstəkləyirik. Xüsusən vətəndaş-məmur münasibətlərinin son illərdə gündən-günə daha da yaxşılaşdığını aydın görürük. İndi dövlət qurumlarının bir çoxunda vətəndaşlara yüksək səviyyədə şəffaf və rahat xidmət göstərilir. Əlbəttə, bütün bunlar Sizin uğurlu siyasətinizin nəticəsidir.

Möhtərəm Prezident, bütün bunlara görə ailə üzvlərim adından Sizə təşəkkür edirik. Allah sizi qorusun. Amin!
Hörmətlə, 

Hacıyev Bayram Arif oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Bəyimli kəndi.