09 iyul 2016, 16:00

Elşən Ağayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanı daha da gücləndirdiniz. Sizin fədakar əməyiniz sayəsində bu gün Azərbaycanı bütün dünya tanıyır. Ölkəmiz gündən-günə daha da parlayır, bütün sahələrdə inkişaf edir və gələcəyə doğru inamla addımlayır.

Bu ölkənin vətəndaşı kimi mən müstəqil Azərbaycanın çırağının əbədi olaraq alovlanacağına tam əminəm. Çünki Sizin apardığınız uğurlu siyasət, imzaladığınız fərman və sərəncamlar, qəbul etdiyiniz dövlət proqramları ölkəmizin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.

Möhtərəm Prezident, bütün bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman yardımçınız olsun.

Hörmətlə,

Ağayev Elşən Bəhul oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri,  Sabunçu rayonu, Maştağa qəsəbəsi.