11 iyul 2016, 15:05

Eldar Rüstəmov və başqalarından, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz kənd sakinləri Sizin diqqət və qayğınızı daim üzərimizdə hiss edirik. Fermerlərə texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi işimizi çox asanlaşdırıb. Suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür. Yeni su anbarları tikilir, xətlər çəkilir, subartezian quyuları qazılır.

Bizim 260 hektar pay torpağımızın suvarılmasında olan çətinlik də aradan qaldırılmış və əkin sahələri su ilə təmin olunmuşdur.

Cənab Prezident, kənd camaatı adından Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Rüstəmov Eldar Səyyad oğlu

Əliyev Məhəmməd İmamverdi oğlu

Ələkbərov Famil Məhəmməd oğlu

Əliyev Vaqif Musa oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.