13 iyul 2016, 13:00

Eyvaz Həsənov və Gülməmməd Hüseynovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin apardığınız uğurlu siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi vəziyyət sürətlə yaxşılaşmış, insanların mədəni və intellektual səviyyəsi xeyli yüksəlmişdir. Sizin yorulmaz, fədakar əməyinizi görəndə zəhmətkeş insanların dövlətə və dövlətçiliyə olan inamı, sevgisi daha da artır. Çox şadıq ki, Azərbaycanda insan amilinə böyük diqqət yetirilir və Vətənimizdə demokratiyanın səviyyəsi dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimidir.

Hörmətli cənab Prezident, biz də öz növbəmizdə yaxşıya yaxşı deməyi mənəvi borc bilirik. Azərbaycanın əldə etdiyi uğurlar Sizin düşünülmüş və məqsədyönlü siyasətinizin nəticəsidir. Gələcək fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Həsənov Eyvaz İsrafil oğlu

Hüseynov Gülməmməd Əzim oğlu.

Azərbaycan Respublikası, Saatlı rayonu, Xanlarkənd kəndi.