29 aprel 2011, 16:45

Zamiq Şükürovdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Böyük fəxrlə qeyd etmək istərdim ki, heç şübhəsiz Sizin yorulmaz fəaliyyətinizin və uğurlu siyasətinizin nəticəsidir ki, Azərbaycan bu gün də hər bir sahədə reqionun lider dövlətinə çevrilmişdir. Əsası Ulu öndərimiz tərəfindən qoyulan Gənclər siyasəti bu gün tərəfinizdən yeni bir tarixi mərhələyə qədəm qoymuşdur. Biz gənclərə olan xüsusi diqqət və qayğınız, potensialımıza olan inamınız, hər bir sahədə gənclərə yaradılan şərait, xüsusilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının hazırlanması üçün imzaladığınız Sərəncam və verdiyiniz tövsiyyələr bizləri daha da ruhlandırır, dövlətimizin inkişafı və güclənməsi naminə inamla çalışmamız üçün böyük zəmin yaradır. Hörmətli Prezidentimiz, Vətənimizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi, yeni uğurların qazanılması naminə Azərbaycan gəncliyi hər zaman Sizinlədir və Sizinlə olacaq. İnşallah!

Ən xoş arzularla və hörmətlə,

Zamiq Şükürov,
Azərbaycan Respublikası, Bakı şəhəri.