14 iyul 2016, 14:50

Elmira Hüseynovadan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Ədalətli və Vətənə bağlı olduğunuz üçün Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Dövlətimizin inkişafı və insanların rifahı naminə gördüyünüz işlər hər kəsdə xoş ovqat yaratmışdır. Vətəndaşlara xidmət göstərən dövlət qurumlarının işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələrini biz gündəlik həyatımızda görürük. Sizin tapşırıq və göstərişləriniz sayəsində ölkəmizdə vətəndaş-məmur münasibətləri yaxşıya doğru inkişaf etməkdədir.

Möhtərəm Prezident, bir vətəndaş olaraq, dövlətimizin və Sizin qüdrətinizə arxalanır, özümü Vətəndə firavan hiss edirəm. Bizə göstərilən qayğıya görə Sizə minnətdarlığımı bildirir, cansağlığı, çətin və şərəfli işlərinizdə uğurlar diləyir, hər zaman belə qətiyyətli olmağınızı arzulayıram.

Hörmətlə,

Hüseynova Elmira Bayram qızı

Azərbaycan Respublikası, Ağcabədi rayonu.