16 iyul 2016, 15:10

Rəhman Cəfərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin ölkəmizə rəhbərliyiniz dövründə əhalinin güzəranı yaxşılaşmış, aztəminatlı ailələrə sosial yardımlar ayrılmış, çox sayda yeni iş yerləri yaradılmış və gənclərimiz işlə təmin olunmuşlar.

Məlum olduğu kimi, bu ilin aprel ayında cəbhə bölgəsində düşmənin təxribatları nəticəsində çoxlu sayda fərdi yaşayış evinə ziyan dəymiş, insanlar öz yaşayış yerlərindən məhrum olmuşdular. Sizin göstərişinizlə bu ziyanın qısa müddətdə aradan qaldırılması insanların mübarizə əzmini daha da artırdı.

Cənab Prezident, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyiniz maddi və mənəvi köməyinizi də yüksək qiymətləndirirəm. Vətənə və xalqa can yandıran dövlət başçısı olduğunuz üçün Sizə təşəkkür edirəm.

Hörmətlə,

Cəfərov Rəhman Xasay oğlu, I qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çıraqlı kəndi.