18 iyul 2016, 14:40

Qadir Rəfiyevdən, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan vətəndaşı olaraq çox sevinirəm ki, ölkəmizin Sizin kimi qürurlu və inamlı rəhbəri vardır. Sizin həyata keçirdiyiniz daxili və xarici siyasətinizi ölkə vətəndaşları bəyənir və dəstəkləyir. Bu yol ümummilli liderimiz Heydər Əliyev yoludur. Çox şadıq ki, Siz bu yolu uğurla və inamla davam etdirirsiniz.

Hazırda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onlara vaxtında lazımi kömək göstərilməsi də əlbəttə ki, həyata keçirilən uğurlu siyasətin nəticədir.

Möhtərəm Prezident, ölkə vətəndaşlarının qayğısına qaldığınıza görə Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Rəfiyev Qadir Əliyar oğlu.

Azərbaycan Respublikası, Göyçay rayonu.