Gerb

18 iyul 2016, 16:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli  146 nömrəli Sərəncamını “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 5, maddə 307; 2010, № 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq  mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri

Mail Rəhimov – Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin  İqtisadi siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov – Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

Ataxan Paşayev – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.

2. Həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyası haqqında Əsasnamə” üzrə:

2.1. I-III hissələrin adlarının qarşısındakı rum rəqəmləri ərəb rəqəmləri ilə əvəz edilsin;

2.2. 1-ci hissə üzrə:

2.2.1. 2-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnaməni,” sözləri çıxarılsın və “işə dair” sözləri “iş barədə” sözləri ilə əvəz edilsin;

2.2.2. 4-cü bənddə “Ümumi şöbənin” sözləri “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” sözləri ilə əvəz edilsin;

2.3.   3-cü hissə üzrə:

2.3.1. 1-ci bənddə “II bölməsində” sözləri “2-ci hissəsində” sözləri ilə əvəz edilsin;

2.3.2.  3-cü bəndin ikinci cümləsindən “bir qayda olaraq” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  18 iyul 2016-cı il.