19 iyul 2016, 13:30

Nevzat Eroğludan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident.

Ölkəmizin çətin günlər yaşadığı indiki zamanda bizə dəstək verdiyiniz üçün Sizə çox təşəkkür edirəm. Sizin bu cür insani addımlarınız, yüksək idarəetmə bacarığınız və qürurlu duruşunuz Sizə olan hörmətimi və ehtiramımı hər zaman artırıb. Allah Sizin kimi müdrik dövlət xadimlərinin sayını türk və İslam dünyasında daha da artırsın.

Möhtərəm Prezident, Rəbbimdən istəyim budur ki, bu həyatda Sizə hər şeyin ən yaxşısını nəsib etsin, Sizi, ailənizi, dövlətinizi və xalqınızı qorusun.

Hörmətlə,

Eroğlu Nevzat Abidder oğlu.

Türkiyə Respublikası, İstanbul şəhəri.