Gerb

02 may 2011, 16:30
W1siziisijiwmtuvmdyvmtuvntlsyjn1ewfyof81mzc0lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=d1a3146d49b7340c

Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Litva dövləti başçısının rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteni qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Litva Prezidentinə raport verdi.

Litvanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Litva Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Dalya Qribauskayteyə, Litva nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Böyük ölçüdə