21 iyul 2016, 16:10

İslam Məmmədovdan, Qax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin kənd təsərrüfatına göstərdiyiniz diqqət və qayğı göz qabağındadır. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən subsidiyanın artırılması, mineral gübrələrin satışında tətbiq olunan güzəştlər, zərərvericilərə və alaq otlarına qarşı istifadə olunan bitki mühafizə vasitələrinin dövlət hesabına verilməsi, cins mal-qaranın, kənd təsərrüfatı texnikasının fermerlərə satılmasında olunan böyük güzəştlər biz Qax rayon əhalisini də sevindirmişdir.

Son illər fitosanitariya sahəsində görülən işlər nəticəsində məhsuldarlığın xeyli artımına nail olunmuşdur. Odur ki, Qax rayonunun kənd təsərrüfatı məhsulları istehsalçıları adından Sizə öz minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı və işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Məmmədov İslam Didey oğlu

Fermer

Azərbaycan Respublikası, Qax rayonu, Zərnə kəndi.