Gerb

02 may 2011, 16:45
W1siziisijiwmtuvmdyvmtuvn3zty21zzhpvn181mzc1lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=4565403d5343bd6b

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü olmuşdur.

Prezident İlham ƏLİYEV qonağı salamlayaraq dedi:

- Hörmətli xanım Prezident, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq və biz çox maraqlı müzakirələr aparacağıq. Çünki ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və bir çox sahəni əhatə edir. Ona da əminəm ki, Sizin səfəriniz bu əlaqələrin genişləndirilməsində, aramızdakı siyasi dialoqun və iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayacaqdır. Əlbəttə ki, biz regional əhəmiyyət daşıyan bir sıra məsələləri də müzakirə edəcəyik. Uğurlu nəticələr əldə edəcəyimizə əminəm. Bir daha Sizə “Azərbaycana xoş gəlmisiniz” deyirəm və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır.

Litva Prezidenti Dalya QRİBAUSKAYTE təşəkkür edərək dedi:

- Dəvətinizə görə çox minnətdaram. Bir neçə ay əvvəl Sizinlə danışanda artıq qərara gəlmişdim ki, ATƏT-ə sədrlik edən bir dövlətin başçısı kimi Azərbaycana səfərə gələcəyəm. Bu halda söhbət, təbii ki, regional məsələlərdən gedirdi. İkitərəfli iqtisadi münasibətlərimizin yaxşı olduğunu nəzərə alaraq, müzakirə edə biləcəyimiz bir çox məsələlər, görəcəyimiz bir çox işlər vardır. 


Avropa ilə apardığınız danışıqlardan, Tvininq layihəsi vasitəsilə verilən töhfədən, danışıqların aparılmasında təcrübə mübadiləsindən bəhrələnə bilərik. Biz Sizinlə təcrübə mübadiləsi aparmağa açığıq.

Sağ olun.