05 avqust 2016, 17:00

Ədalət Abbasov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Tərtər rayonu, Qafur Məmmədov küçəsində yerləşən beşmərtəbəli binada yaşayırıq. İstifadəyə verildiyi 25 ildən çox olmasına baxmayaraq, binamız bir dəfə də olsun təmir olunmamışdı. Bu yaxınlarda binamızın dam örtüyü müasir üslubda yeniləndi, fasadı təmir edildi, ətrafdakı pərakəndə tikililərin yerində səliqə-sahman, bina sakinlərinin istirahəti üçün şərait yaradıldı. Bu, bizi ürəkdən sevindirdi.

Hörmətli cənab Prezident, bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Biz tərtərlilər Sizin daxili və xarici siyasətinizi dəstəkləyir və Sizə inanırıq. Əminik ki, işğal altında olan torpaqlarımız Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə azad ediləcəkdir.

Bina sakinləri adından böyük hörmət və ehtiramla,

Abbasov Ədalət

Ərəbov Şakir

Abdullayeva Qətibə

Mehdiyev Şahin

Allahverdiyeva Nəzakət

Bayramov Fazil

Tahirova Mehriban

Nəcəfov Oqtay və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu.