Bəsdi İsmayılova və başqalarından, Tərtər, Azərbaycan
Hörmətli cənab Prezident.
Cəbhə bölgəsi olan Tərtər rayonu bu gün böyük tikinti meydançasını xatırladır. Rayonda su-kanalizasiya xətləri çəkilir, yollara asfalt döşənir, yeni uşaq bağçası, şahmat məktəbi və digər inzibati binalar tikilir, yaşıllıq zolaqları salınır. Bir sözlə Tərtər gündən-günə dəyişir, gözəlləşir. Biz – Mehdi Hüseynzadə küçəsində yerləşən beşmərtəbəli binanın sakinləri də bu yenilikləri böyük sevinclə qarşılayırıq. Çünki rayonda yerləşən digər yaşayış binaları kimi, bizim binanın da dam örtüyü müasir üslubda yenidən vuruldu, fasadı təmir edildi.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə binamızın sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, tərtərlilər Sizin ətrafınızda sıx birləşib, dövlətə və dövlətçiliyə sadiqdirlər.
Hörmətlə,
İsmayılova Bəsdi
Abbasov Rüstəm
Baxşəliyev Almaz
Həsənov Rüstəm
Fətəliyeva Nailə.
Azərbaycan Respublikası, Tərtər rayonu.