08 avqust 2016, 14:00

Əliş Hüseynov və Qalib Gərayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu ilin aprelində erməni qəsbkarlarının təxribatı nəticəsində kəndimiz ağır artilleriya atəşinə tutulmuşdur. Atəş nəticəsində dinc sakinlər xəsarət almış, bizim evimiz də daxil olmaqla bir çox evə ciddi ziyan dəymişdir. Bütün bunlara baxmayaraq, Sizə və Ordumuza güvənərək bir an da olsun kəndimizi tərk etmədik.

Hadisədən bir neçə gün sonra Siz xanımız Mehriban Əliyeva ilə birlikdə bizim kənddə oldunuz. Bu amil cəbhə bölgəsində yaşayan insanları daha da mübariz yaşamağa və əzmkarlıqla çalışmağa ruhlandırdı. Siz ziyan çəkmiş evlərin bərpası və yenilərinin tikilməsi üçün dərhal lazımi vəsait ayırdınız. Evlərimiz əvvəlkindən daha yaraşıqlı və gözəl şəkildə tikilib. 

Əziz Prezidentimiz, buna görə Sizə və Mehriban xanıma ailəmiz adından və kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hüseynov Əliş Tapdıq oğlu

Gərayev Qalib Gəray oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Mahrızlı kəndi.