08 avqust 2016, 15:00

Nazim Bayramovdan, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında respublikamızın hər bir bölgəsi kimi, Gədəbəy rayonunun mərkəzi və kəndləri də gündən-günə abadlaşır, gözəlləşir. Rayonumuzda tikinti-quruculuq işləri uğurla davam etdirilir. Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında iyulun 29-da imzaladığınız Sərəncam biz gədəbəylilərin böyük sevincinə səbəb oldu.

Cənab Prezident, rayonumuza göstərdiyiniz diqqət və qayğıya görə bütün gədəbəylilər, eləcə də yaşadığımız Miskinli kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və işlərinizdə yeni-yeni uğurlar arzu edirik. Allah Sizi qorusun.

Hörmətlə,

Bayramov Nazim,

Hüseynov Müzəhim,

Məmmədov Valeh,

Xıdırov Heydər və başqaları.

Azərbaycan Respublikası, Gədəbəy rayonu,  Miskinli kəndi.