09 avqust 2016, 14:00

Y.Nəbiyev və başqalarından, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Qazax rayonunun Quşçu Ayrım kəndi rayon mərkəzindən 28 kilometr qərbdə, Ermənistanla sərhəddə yerləşir. Erməni qəsbkarlarının üç tərəfdən daimi atəşinə məruz qalırıq. Kəndimizin ərazisinin çox hissəsi erməni mövqelərinin nəzarəti altındadır. Ona görə də əhali torpaq sahələrindən lazımınca istifadə edə bilmir.

Dövlətimizin qayğısı və sosial problemlərimizin həlli sayəsində kənd əhalisi öz dədə-baba  torpaqlarında çətin də olsa, yaşamaqdadır. Kəndimizdə məhəlləarası yolların təmir edilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin həyata keçirilməsi bizi sevindirir, düşmənə göz dağı verir.

Möhtərəm Prezident, cəbhə bölgəsinin sakinlərini xüsusi diqqətdə saxladığınıza görə Sizə təşəkkür edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Nəbiyev Y.

Məmmədov H.

Mollayev H.

İsmayılova M və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu, Quşçu Ayrım kəndi.