20:34
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 avqust 2016, 17:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.0.5-1-ci və 3.0.26-1-ci yarımbəndlər əlavə edilsin:
“2.0.5-1. qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görür;”;
“3.0.26-1. qanunla müəyyən edilmiş tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin “Tik - idarə et - təhvil ver” modelinə uyğun həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2016-cı il.
20:34
19:05
18:55
17:14
16:30
14:45
14:14
13:38
11:25
21:47
16:25
13:43