29 avqust 2016, 11:00

Alasteyr Corc Vilsondan, Nyu Plymouth, Yeni Zelandiya

Hörmətli cənab Prezident,  

Sizin gözəl ölkənizdə olduğum müddətdə öz avtomobilimin vaxt limitini uzatmalı oldum. Bunun üçün gömrük idarəsində “Yaşıl dəhliz” sisteminin xidmətindən istifadə etdim. Bu sistem son dərəcə yaxşı işləyir. Problemim 10 dəqiqədən də az müddətdə həll olundu.

Məsələnin bu qədər tez və səmərəli şəkildə həll olunmasından razı qaldıq. Biz bu səviyyədə qurulmuş sistemi bütün dünyaya məsləhət görərdik. Azərbaycanda keçirdiyimiz vaxtdan zövq aldıq. Xüsusilə də Bakının heyranedici binaları, mətbəxi və ən vacibi gözəl insanları var. Yeni Zelandiya insanları Sizə uğurlar arzulayır.

Bir daha Sizə təşəkkürlər.

Hörmətlə,

Alasteyr Corc Vilson

Yeni Zelandiya, Nyu Plymouth şəhəri