29 avqust 2016, 11:20

Nikolas Behnam Bokaye və Viktor Elliot Gebhardtdan, Kaliforniya, ABŞ

Hörmətli cənab Prezident,

Sizin gözəl ölkənizə səyahət zamanı tranzit vizalarımızın müddətini uzatmaq qərarına gəldik. Bunun üçün gömrük idarəsinə getdik. Sizin tərəfinizdən yaradılmış və uğurla həyata keçirilən “Yaşıl dəhliz” sistemindən yararlandıq. Bu proqram fantastikdir. Problem çox tez və səmərəli şəkildə həll olundu. Gömrük idarəsində çalışanlar insanlarla ünsiyyətə açıq və dürüst idilər. Heç bir anlaşılmazlıq yaranmadı.

Biz məmnuniyyətlə yenidən Sizin ölkənizə səyahət etmək istəyindəyik. Sizə uğurlar arzulayırıq.

Sevgilərlə,

Nikolas Behnam Bokaye,

Viktor Elliot Gebhardt.

Amerika Birləşmiş Ştatları, Kaliforniya ştatı