29 avqust 2016, 15:05

Şahnaz Baxşəliyeva və başqalarından, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.     

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlara sevinir, bu münasibətlə Sizi və medal qazanmış bütün idmançılarımızı ürəkdən təbrik edirik. Bu uğur Sizin idmana və idmançılara olan daimi qayğınızın nəticəsidir. Bu qayğı sayəsində idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Qələbələrimizin və medallarımızın sayı ildən-ilə artır, Azərbaycanın idman tarixinə yeni səhifələr yazılır.

Cənab Prezident, idmançılarımızın qazandığı uğur hər birimizin uğurudur. Bu uğurlara yol açan daxili və xarici siyasətinizi daim dəstəkləyir, ətrafınızda sıx birləşdiyimizi bildiririk.

Hörmətlə,

Baxşəliyeva Şahnaz Böyükağa qızı

Rzayeva Sədaqət Rafiq qızı

Məlikova Cəmilə Xansuvar qızı

Məmmədova Ellada Vahid qızı və başqaları. 

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.