30 avqust 2016, 17:50

Şahin Mustafayevdən, Gəncə, Azərbaycan

Zati-aliləri, hörmətli cənab Prezident, 

İdmançılara göstərilən qayğı və diqqətə görə Sizə minnətdarlığımı çatdırmağı özümə borc bildim. Bütün sahələr kimi, Azərbaycan idmanının da gündən-günə inkişafını gördükcə, Sizin kimi şəxsiyyəti bu xalqa bəxş etdiyi üçün Tanrıya şükürlər edirəm.

İdmanda qazandığımız uğurlara görə hər bir Azərbaycan vətəndaşı kimi mən də fəxr edirəm. Rio Olimpiya Oyunlarında Azərbaycan idmançılarının nəticələrinə və xüsusən də güləşçilərimizin həmişə olduğu kimi əldə etdikləri yüksək nailiyyətlərə görə Sizi ürəkdən təbrik edirəm.

Sayənizdə Azərbaycan idmanı gündən-günə zirvələrə qalxacaq. Bu çətin və şərəfli işinizdə Sizə cansağlığı və uzun ömür arzulayıram.

Ən dərin hörmət və ehtiramla,

Şahin Mustafayev 

Azərbaycan Respublikası, Gəncə şəhəri.