Gerb

01 sentyabr 2016, 23:00
W1siziisijiwmtyvmdkvmdivnxm3awhta20wnf8wmdmuslbhil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=5156e8cd306fda5f

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüblər.

Görüşdə Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunduğu bildirildi. Bakı Şahmat Olimpiadasında rekord sayda iştirakçı ölkənin təmsil olunmasının önəmi vurğulandı. FIDE ilə Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edildi. Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olundu. Ölkəmizin birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu sahədə fəaliyyəti xüsusi vurğulandı. Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın sürətlə inkişaf etdiyi diqqətə çatdırıldı, şahmatçılarımızın müxtəlif beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər məmnunluqla qeyd olundu.


Böyük ölçüdə