|
05 may 2011, 18:00
İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir
Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olmuşdur. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanmışdır. Həmin avtomobil yolu müasir tələblərə uyğun olaraq yenidən qurulmuş, yol boyu abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Dünya standartları səviyyəsində inşa olunan bu yolda əvvəllər yük və sərnişin avtomobillərinin hərəkətinə mane olan bütün maneələr aradan qaldırılmış, insanların uzun müddətdən bəri davam edən narahatlığına son qoyulmuşdur. Yolun istifadəyə verilməsi, həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini iki dəfə azaltmışdır. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi, görülmüş işlərdən razılığını bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.